ESKİZPLAN • Haqqımızda

AI ilə sürətli və dəqiq mərtəbə planları

Biz müasir süni intellekt vasitəsilə ev və kiçik tikililər üçün eskiz mərtəbə planlarını tez, estetikreal təqdimata uyğun şəkildə hazırlayırıq. Məqsədimiz — memarlıq tələblərinə yaxın texniki üslubda, aydın və oxunaqlı planlar təqdim etməkdir.

📐 Texniki üslub ⚡ Sürətli çatdırılma 💬 Azərbaycan dilində dəstək
Yeni Ev Planı

Yeni evlər üçün eskiz layihə

Əgər ev tikmək istəyirsinizsə, lakin necə başlayacağınızı bilmirsinizsə, AI vasitəsilə ilkin mərtəbə planınızı yarada bilərsiniz. Daha sonra bu planı bizə göndərərək müzakirə edə bilərik. İstəsəniz, tikmək istədiyiniz ev üçün eskiz layihə xidməti də göstərə bilərik. Zəhmət olmasa zəng edin və ya WhatsApp nömrəmizə yazın.

Mövcud Ev Planı

Mövcud evlər üçün eskiz layihə

Əgər evinizə kupça almaq üçün eskiz layihəyə ehtiyacınız varsa, bunu tez bir zamanda həyata keçirə bilərik. Sizdən bir neçə şəkilölçü tələb olunacaq — bir neçə iş günü ərzində eskiz layihəniz hazır olacaq.

Konstruktiv xidmətlər

Konstruktiv həll və işçi cizgilər

Layihəniz üçün tam paket konstruktiv xidmətləri təklif edirik:

  • Statik hesabat (hesablama və yoxlama)
  • 3D modelləmə (vizualizasiya və koordinasiya)
  • İlkin smetanın çıxarılması (təxmini büdcə)
  • Hesabat raportunun hazırlanması (təqdimata hazır sənəd)